Bakıda 21 yaşlı keçmiş məhkum evdən külli miqdarda oğurluq etdi - ANBAAN VİDEO

Bakının Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərov müəyyən olunaraq saxlanılıb. 

Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda evdən külli miqdarda oğurluq - HADİSƏ ANI