Dəfələrlə məhkum olunan şəxs yenidən saxlanıldı - BU DƏFƏ AVTOMOBİL QAÇIRIB

Yasamal rayonu ərazisində bir qadına məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı V.Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Araşdırma aparılır.