Masazırda mağazadan oğurluq edən keçmiş məhkum ələ keçdi

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 500 manat pul və tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı O.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.