Avtomobilində külli miqdarda narkotik daşıyan keçmiş məhkum saxlanıldı

Avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Abşeron rayonu ərazisində bir nəfərin avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı E.İsmayılova məxsus “Opel” markalı avtomobilə keçirilən baxış zamanı 6 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.