SİYƏZƏNDƏ ƏMƏLİYYAT: narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu - FOTO

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri, əvvəllər məhkum olunmuş Yəhya Güləliyev və Namiq Məhərrəmov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onlardan ümumilikdə 1 kiloqram marixuana və heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.