Bakıda avtomobil qaçıran keçmiş məhbus ələ keçdi - DAHA 3 NƏFƏR SAXLANILDI

Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər bir faktla bağlı araşdırma aparılır.