Başqasının bank kartından oğurluq edən keçmiş məhbus ələ keçdi

Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 424 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı K.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.