Malayziyalı 20 kiloqram marixuana keçirərkən saxlanıldı

Malayziya vətəndaşı Gürcüstana gizli şəkildə 20 kq marixuana keçirməyə cəhd edib. 

Stopnarkotik.az xəbər verir ki, polis Tbilisi hava limanında saxlanılan şəxsin baqajından narkotik tapıb.

Həmin şəxs xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmək, saxlamaq və idxal etməkdə ittiham olunur. Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, onu 20 ilə qədər həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Stopnarkotik.az