İki Qazaxıstan vətəndaşı narkoticarətlə bağlı həbs edildi

Gürcüstanda iki Qazaxıstan vətəndaşı narkotik cinayətlərində ittiham olunaraq həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqda, satışa hazırlamaqda ittiham olunurlar.

Baxış zamanı saxlanılan şəxslərdən əvvəlcədən qablaşdırılmış 34 ədəd metadon və marixuana götürülüb. Təqsirləndirilən şəxsi 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az