SON SUTKA ƏRZİNDƏ NARKOTİKLƏ ƏLAQƏDAR 35 NƏFƏR SAXLANILIB – Ümumilikdə 195 nəfər...

Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 156 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.