Narkotik cinayətlərinə görə iki Ukrayna vətəndaşı saxlanılıb. Hadisə Gürcüstanda baş verib.
Stopnarkotik.az bildirir ki, qonşu ökənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 20 və 40 yaşlı əcnəbi qadınlar Sameqrelo-Zemo Svaneti bölgəsində xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə həbs ediliblər.
Axtarış nəticəsində onların evindən metadon götürülüb. Onları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Stopnarkotik.az