Acarıstan polisi narkotik cinayətlərinə görə ikisi əcnəbi olmaqla üç nəfəri həbs edib.
Stopnarkotik.az xəbər verir ki, həbs olunanlar Gürcüstan, Rusiya və Ukrayna vətəndaşları olub. Onlar xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışına cəhddə ittiham olunurlar. Axtarış zamanı onlardan metadon, alfa-PVP və marixuana götürülüb. Saxlanılan şəxslər narkotiki konfet qablarına yığaraq Batuminin müxtəlif yerlərinə qoyublar.
Həbs olunanları 20 ilə qədər və ya ömürlük həbs gözləyir.
Stopnarkotik.az