Bakıda quldurluq edən keçmiş məhkum saxlanıldı

Paytaxtın Sabunçu rayonu ərazisində bir nəfərin pulunun və 2 ədəd mobil telefonunun quldurluq yolu ilə alınması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Metropolitendə Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və quldurluqla bağlı cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Raqil Əmirov və 29 yaşlı Samir Köçərli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.