Gəncədə avtomobil qaçıran şəxs tutuldu

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində atasına məxsus "Opel” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini Rövşən Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.