Bakının Sabunçu rayonunda naməlum şəxs gecə saatlarında marketlərdən birinə daxil olaraq əvvəlcə orada satıcı işləyən şəxsə zor tətbiq edib, sonra isə 700 manat dəyərində tütün məmulatını oğurlayaraq hadisə yerindən qaçıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş N.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.