Qayınata və baldız birləşib gəlinlə nəvəni döydü - ARAŞDIRMA APARILIR / YENİLƏNİB

"11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər  (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***15:17

Gədəbəydə döyülmə faktı qeydı alınıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, İ.Mürsəlova qayınatası və baldızı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

DİN-dən verilən məlumata görə, məsələ ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcəkdir.