Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, avqustun 23-də Xətai rayonu N.Tusi küçəsində yerləşən evlərin birindən içərisində 200 manat, 180 manat dəyərində mobil telefon, bank kartları və ev açarları olan çantanın talanması barədə polisə məlumat daxil olub.
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən İ.Quliyev və əvvəllər məhkum olunmuş R.Zeynallı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.