Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son bir həftə ərzində silsilə əməliyyatlar keçirilib.
DİN-dən Stopnarkotik.az-a bildirilib ki, tədbirlərlə paytaxt sakinləri Rasim Kərimov, Nəriman Nərimanov, tanışı Ramil Allahverdiyev, Rüstəm Kərimov və İsa Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslər olduqları müəyyən edilib.
Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.