Binəqədidə oğurluq edən keçmiş məhkum ələ keçdi

Avqustun 29-da gecə saatlarında Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 2836 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş G.Salahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.