Zaqatalada narkotik satan keçmiş məhkum tutuldu: 9 KİLO MARİXUANA GÖTÜRÜLDÜ - FOTO/VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, ondan 9 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Zaqatalada keçmiş məhkum narkotikə görə tutuldu - FOTO