Bakıda avtomobil qaçıran keçmiş məhbus saxlanıldı - DƏFƏLƏRLƏ HƏBSDƏ YATIB

Avqustun 28-də Nərimanov rayonu Ə.Əliyev küçəsi ərazisində “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az
xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş A.Əhmədov avtomobillə birgə saxlanılıb. 
Araşdırma aparılır.