ÖTƏN AY 12 TON ÇƏTƏNƏ BİTKİSİ MƏHV EDİLİB – Mütəxəssislər bu bitkinin yandırılmasına qarşıdır...

2024-cü ilin iyul ayı ərzində Azərbaycanda yabanı halda bitən 100 tondan çox çətənə bitkisinin məhv edildiyi haqda oxuculara məlumat vermişdik. Qeyd etmişdik ki, Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına əsasən, bunlar Qusar, Şəki, Sabirabad, Zərdab, Şirvan, Tovuz, Göygöl, Şəmkir, Laçın, Xocalı, Xocavənd və Naxçıvan Muxtar Respublikasında aşkarlanıb. Belə ki, təkcə Naxçıvanda 43 tona yaxın çətənə bitkisi yandırılıb.

Stopnarkotik.az xəbər verir ki, ötən ay – avqustda da polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən tonlarla çətənə bitkisi toplanılaraq yandırılıb.

Belə ki, Laçının Güləbird kəndinin ərazisində, Həkəri çayının sağ sahilində yabanı halda bitən çəkisi 1 tondan artıq 7035 ədəd çətənə bitkisi, Ağdamın Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə bitkisi, İsmayıllının Xanagah kəndində çəkisi 8 ton 147 kiloqram olan 9015 ədəd çətənə kolu, Xaçmazın Qaraçı kəndində isə çəkisi 1 ton 671 kiloqram olan 1342 ədəd çətənə kolu yandırılaraq məhv edilib. Beləliklə, avqust ayı ərzində ümumilikdə 12 tona yaxın, 21 291 ədəd çətənə kolu yandırılıb.

Xatırladaq ki, çətənə bitkisinin bu cür məhv edilməsinə qarşıdır. Onlar hesab edir ki, hətta yabanı halda bitən və tərkibində psixotrop maddə olmayan çətənə bitikisindən də sənayedə istifadə etmək daha böyük fayda verər.

Stopnarkotik.az  

**