"Ermənistan da COP-a dəvət edilib, iştirak edib-etməmək öz qərarlarıdır" - PREZİDENT

Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib.

Stopnarkotik.az apa-ya xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı bildirib.

Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu qeyd edib.