Tramp: Mina daşıyan bütün gəmiləri vurun!

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında mina daşıyan istənilən gəminin vurulmasını əmr edib.

ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Mən ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazı sularında mina yerləşdirən, nə qədər kiçik olmasından asılı olmayaraq istənilən gəmini vurub məhv etməyi əmr etmişəm. Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, bizim mina təmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, həm də üçqat artırılmasını əmr edirəm”, deyə o qeyd edib. 

Stopnarkotik.az