İyulun 21-də axşam saatlarında Səbail rayonu ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş X.Əmirov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, X.Əmirov Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.