Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları yetişdirən Hikmət Məmişov və Natiq Qocayev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, baxış zamanı onlardan aqrotexniki qaydada yetişdirdikləri 42 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.