Bank kartından 1430 manat oğurlayan keçmiş məhkum saxlanıldı

Bakıda bank kartından oğurluq edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 4-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini bank kartından 1430 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəfail Zülfüqarov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.