İyulun 30-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Stopnarkotik.az