Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Məmməd Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Araşdırmalar zamanı M.Qasımovun narkotik vasitəni satış məqsədilə iranlı narkotacirdən aldığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Stopnarkotik.az