Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzində bir nəfərin içərisində 4300 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Məmmədov, K.Hacıyev, S.Şahməmmədov və əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.