Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mahir Səmədovun (şərti ad-soyad) barəsindəki hökmdən prokurorluğun verdiyi kassasiya protestinə baxılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə report-a təqsirləndirilən şəxsin vəkili İbrahim Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilən M.Səmədov barəsində bəraət hökmü çıxarıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti verib.