Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ş.Qurbanov adına 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı İkram Əhmədov ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb.
Daha sonra çıxış edən digər iştirakçılar məktəblilərə bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə məlumat verərək, keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıblar.
Tədbirinin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az