Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O, bildirib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur. Siz gənclər isə belə hallardan uzaq durmalı, parlaq gələcəyiniz üçün bütün bilik və bacarıqlarınızı təhsilinizə yönəltməlisiniz.
Daha sonra erkən nikahların fəsadları barədə çıxış edən digər iştirakçılar, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az