“Narkomaniyaya yox deyək!” - MƏKTƏBLİLƏRƏ "AĞ ÖLÜM"ÜN ZƏRƏRLƏRİ HAQDA MƏLUMAT VERİLİB / FOTO

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xalac kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin əməkdaşları narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıblar. Narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərefindən görülən işlər barəsində ətraflı məlumat veriblər. Həmçinin daxili işlər orqanlarında xidmət etmək arzusunda olanlara Polis Akademiyasına qəbul qaydaları haqqında da geniş söhbət açılıb. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Stopnarkotik.az