Azərbaycanlı futbolçunun adından dələduzluq: “Şəxsiyyət vəsiqəmi göstərərək...” - FOTO

Mahir Emrelinin adından dələduzluq edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu öz sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, naməlum şəxslər onun şəxsiyyət vəsiqəsi ilə pul toplayırlar:

“Hörmətli izləyicilərim, eşitdiyimə görə  mənim adımdan insanlara mesaj yazaraq, hətta şəxsiyyət vəsiqəmi göndərərək pul istəyirlər. Xahiş edirəm belə dələduzlura inanmayın. Birdə belə bir halla qarşılaşsanız aidiyyatı qurumlara müraciət edin”.