"Cənab Tramp! Peyk görüntülərinə baxın".
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi Trampa ünvanladığı X paylaşımında yazıb.
"Mərkəzi Komandanlığa (CENTCOM) İranın Əl-Dəfra, Əli əs-Salim, Arifcan və beşinci bazaya raket və pilotsuz təyyarə hücumlarından əvvəl və sonra peyk məlumatlarını və görüntülərini iş planşetinə yerləşdirməyi əmr edin. Bu, möhtəşəmdir.
Müharibə davam edir...", - deyə o qeyd edib.