Qusara xizək sürməyə gələn İraq vətəndaşı həbs edildi

Azərbaycanın dövlət sərhədini pozan İraq vətəndaşı həbs olunub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Həzrə kəndində yerləşən sərhəd keçid məntəqəsində qeydə alınıb.
İttiham aktına görə, 22 yaşlı İraq vətəndaşı Rusiyaya qanunsuz olaraq piyada keçməyə cəhd göstərib. Lakin sərhədçilər tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İraqdan Bakıya gəlib. Bakıda pasportlarını və 7000 dollar pulunu itirib. Bundan sonra polisə müraciət edib. Ona səfirliyə müraciət etməyi məsləhət görüblər. O bildirib ki, bundan sonra gəzmək və şəkil çəkdirmək üçün Qusara gedib. Burada iki gün oteldə qalıb. Daha sonra isə taksi sifariş verərək xizək sürmək istədiyini və sürücüdən onu həmin yerə aparmasını deyib. Taksi onu 180 manata sərhədə gətirib. İraq vətəndaşı yekun sözündə əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə o, 9 ay müddətinə həbs edilib.