Hörmüz boğazını minalamağa çalışan İran katerləri MƏHV EDİLDİ – VİDEO

ABŞ ordusu Hörmüz boğazı yaxınlığında mina yerləşdirməyə cəhd edən, İrana məxsus 16 kateri məhv edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki bölməsi məlumat verib.

"10 martda ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında mina yerləşdirməyə cəhd edən 16 kater də daxil olmaqla bir neçə İran hərbi gəmisini məhv etdi", - deyə komandanlığın açıqlamasında bildirilir.