Göyçayda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirildi - FOTOLAR

Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkotik vasitələrin mənfi təsirləri barədə məlumatlandırmaq məqsədilə Göyçay rayonunun Ləkçıplaq kənd 1 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb. Onları sağlam həyat yaşamağa və gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Stopnarkotik.az