“Narkomaniya və erkən nikahlara yox deyək!” - BİLƏSUVARDA NÖVBƏTİ TOPLANTI KEÇİRİLDİ / FOTO

Antinarkotik təbliğatı çərçivəsində Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xırmandalı kənd 2 nömrəli tam orta məktəbdə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları narkomaniyanın zərərli təsirlərini özündən əks etdirən məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. 

Çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. 

Sonra digər çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb və müzakirə olunan məsələlərlə bağlı videoçarxlar tədbir iştirakçılarına nümayiş etdirilib.

Stopnarkotik.az