ƏVVƏL NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Sumqayıtda quldurluq edən keçmiş məhbus saxlanıldı

Dekabrın 21-də səhər saatlarında Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə sərnişinin sürücünü aldadaraq 47 manat, daha sonra quldurluq yolu ilə 100 manat pulunu talaması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad Rəsulov müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Stopnarkotik.az