“Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” - CƏLİLABADDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 9 nömrəli tam orta məktəbdə “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir təşkil olunub. 
Stopnarkotik.az xəbər verir ki, çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində məktəblilərə geniş məlumatlar verib, sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Sonra digər tədbir iştirakçılarının narkomaniyanın acı fəsadlarına və bu bəşəri problemə qarşı mübarizə üsullarına həsr olunan çıxışları dinlənilib. 
Tədbir diskussiya şəklində davam etdirilib və şagirdlərin sualları cavablandırılıb, onlara müvafiq izahatlar verilib.

Stopnarkotik.az