Estoniyanın Baş Qərargah rəisi Vaxur Karus Rusiya Federasiyası ilə sərhəddə yerləşən Narvada yeni hərbi bazanın yaradılacağını açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, orada NATO müttəfiqlərinin bölmələri də daxil olmaqla 200-dən çox hərbçi yerləşdiriləcək.
Onun sözlərinə görə, bu, sakinlərə Estoniya dövlətinin mövcudluğu və “şəhərin gündəlik həyatının bir hissəsi” barədə siqnal olacaq.
Planlara çağırışçıların, ehtiyatda olanların və həqiqi hərbi qulluqçuların rotasiyası daxildir. Artıq parlament partiyaları bu ideyanı dəstəkləyiblər.
Stopnarkotik.az