Şəmkir sakini naməlum şəxs tərəfindən bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Stopnarkotik.az-a bildirib ki, hadisə ilə bağlı hazırda Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.

Cinayyəti törətməkdə  şübhəli bilinən şəxs və şəxslərinin müəyən olunaraq istintaqa təhvil verilməsi  istiqamətində zəruri tədbirlər davam etdirilir. Bu barədə əlavə məlumat veriləcək.

***12:27

Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O.Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə O.Quliyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.

Fakt araşdırılır.