Göyçayda məktəblilərə narkotikin zərərləri haqda məlumat verilib - FOTOLAR

Göyçay şəhər 1 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək”  mövzusunda  tədbir keçirilib.  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə narkotik vasitələrin fəsadları barədə məktəblilərə ətraflı məlumat verilib. 
Stopnarkotik.az xəbər verir ki, məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev əsrimizin bəlasına çevrilən narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitə və psixotrop maddələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. 
Həmçinin, tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Stopnarkotik.az