Xətai rayonu ərazisində yerləşən avtoservislərin birindən avtobus mühərrikinin gövdəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Firdovsi Əliyev və Seymur Xəlilov saxlanılıblar. S.Xəlilovdan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.