SON SUTKA ƏRZİNDƏ NARKOTİKLƏ ƏLAQƏDAR 15 NƏFƏR SAXLANILIB – Rəsmi

Dekabrın 1-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Stopnarkotik.az