Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 1, 10 və 12 saylı tam orta məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşlərdə çıxış edən ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov, eləcə də digər polis əməkdaşları narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumatlar veriblər.
Məruzəçilər erkən nikahların fəsadları mövzusuna da toxunaraq, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Görüşlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az