ƏVVƏL NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Bərbərxanadan oğurluq edən keçmiş məhbus saxlanıldı

Bakıda bərbərxanadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 2-də rayon ərazisindəki bərbərxanaların birindən 1000 manat dəyərində saç kəsən avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kamran Şükürov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az