Keçmiş məhbus külli miqdarda narkotiklə yaxalandı - SUMQAYIT POLİSİNDƏN ƏMƏLİYYAT

Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Vasif Allahverdiyevdən 435 qram marixuana aşkar olunaraq götürülüb.

Stopnarkotik.az xəbər verir ki, V.Allahverdiyev Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.